07.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 07.06.2023-cü il tarixində K.D.Uşiniski adına 29 nömrəli məktəbdə II Qarbağ müharibəsinin şəhidi Taleh Məhərrəm oğlu Abdullayevin anadan olmasının 30 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan qəhrəman” başlığı altında söhbət keçirtdi. Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından
keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edidi.Tədbiri baş kitabxanaçı Kifayət Sadıqova apararaq bildirdi ki, xalqı yaşatmaq üçün canından keçən igid oğullar heç zaman unudulmurlar. Onların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, onlardan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur. Daha sonra şəhid Taleh Məhərrəm oğlunun həyatı və
keçdiyi döyüş yolundan məlumat verdi. Tədbirdə çıxış edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova çıxış edərək qeyd etdi ki, Azərbaycan Ordusu 44 gün ərzində öz qəhrəmanlığı, şücaəti, döyüş qabiliyyəti ilə tarix yazdı. Torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Eyni zamanda, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Sonda şagirdlər vətənpərvərlik
mövzusunda şeirlər söylədilər. Tədbiri keçirtməkdə məqsəd uşaqlara vətənpərvərlik hissini aşılamaq, Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş qəhrəman, igid oğulları tanıtmaqdır.