Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

07.06.2023

07.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Alıuşağı kənd Mədəniyyət evində "İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Alıuşağı kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə insan hüquqlarının təməl prinsipləri barəsində məruzə təqdim edilib. Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, eləcə də ölkə vətəndaşlarının bərabər hüquqlarının təmin olunması istiqamətində xeyli işlər görüldüyü, gender bərabərliyi, vətəndaşların təhsil hüquqları, ana dilində danışmaq və əlifba islahatları barədə geniş söhbət açıldı. Qeyd olunub ki, müstəqillik illəri ərzində gənclərin dövlət idarəçiliyində
iştirakı, insanların seçmək və seçilmək hüququnun təmin olunması, eyni zamanda sağlamlıq və tibbi yardım almaq istiqamətində həyata keçirilən tədbirlər böyük önəmə malikdir. İştirakçılar ölkəmizdə media haqqında yeni qanunun qəbulu, eyni zamanda söz və mətbuat azadlığı barədə geniş fikir mübadiləsi apardılar.

 

128.7 KB