Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

07.06.2023

07.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. İlk öncə mövzu ilə bağlı videoçarx tədbir iştirakçılarına təqdim olunub. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verib, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. Mədəniyyət Mərkəzinin metodisti Leyla Vəliyeva öz çıxışında bildirib ki, hüquqi, dünyəvi və demokratik dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı sahəsində dövlətin həyata keçirdiyi siyasətə hər birimiz dəstək nümayiş etdirməliyik. Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması,  demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

72.3 KB