Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İradəli insan üçün heç bir məhdudiyyət yoxdur” başlığı altında tədbir keçirilib

07.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 07.06.2023-cü il tarixində fiziki qüsurlu insanlara xidmət olaraq Gəncə şəhər qüsurlu uşaqların təhsil aldığı 45 №-li xüsusi məktəbdə “İradəli insan üçün heç bir məhdudiyyət
yoxdur” başlığı altında tədbir keçirdi. Tədbiri 1 saylı kitabxananın multimedia resursları üzrə mütəxəssisi Niyazova Sahilə açdı. Sahilə uşaqlara müxtəlif cür nağıllar oxudu. Daha sonra uşaqlara video nağıllar göstərildi. Uşaqlar göstərilən nağılları çox maraqla izlədilər. Kitabxanamızın multimedia resursları üzrə mütəxəssisi Əliyeva İlhamə uşaqlara nağıl qəhramanları haqqında geniş məlumat verdi. Uşaqların suallarını cavablandırdı.Tədbirin sonunda uşaqlar və müəllimlərlə xatirə şəkilləri çəkdirildi. Bu tədbirin təşkili üçün məktəbin müəllimləri 1 saylı kitabxana kollektivinə öz təşəkkürlərini bildirdilər.

 

1.3 MB