Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarını bil-erkən nigaha yox de” adlı söhbət keçirilib

07.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 06.06.2023-cü il tarixində “İnsan hüquqları aylığı” çərçivəsində 27№-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Hüquqlarını bil-erkən nigaha yox de” adlı söhbət keçirildi. Əvvəlcə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın müdiri Firuzə Yunusova qeyd etdi ki, son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Sonra Gəncə şəhər 27 saylı orta məktəbin praktik psixoloqu və Regional Gender İnkişaf Mərkəzinin Gəncə şəhəri üzrə psixoloqu Aynur Nağıyeva mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən, bu sosial problemin aradan qaldırılması yollarından danışdı. Bildirdi ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran əsas məsələ olub, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. Sonra sosioloq Saida Mədətova söylədi ki, insanlar dərk etməlidirlər ki, onların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.