Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniyaya yox deyək”adlı dəyirmi masa keçirilib.

07.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində Qaraçinar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək"adlı dəyirmi masa keçirilib.

   Tədbirdə Şəfəq kənd İcra nümayəndəsi, Tibb Məntəqəsinin həkim əməkdaşı, məktəblilər və valideyinlər iştirak edib.

   İlk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova iştirakçıları salamlayaraq tədbirin keçrilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq onlarda narkomanlığın fəsadları haqqında məlumat verdi.

   Çıxış edən Tibb Məntəqəsinin həkimi İlhamə Əsədova qeyd etdi ki, cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır.

   Çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, narkotik vasitələrə yaranan asıllıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar.

   Tədbirin sonunda uşaqları maralandıran suallar cavablandırıldı.

 

2.8 MB