06.06.2023
06.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində "İnsan hüquqları nədir" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi, Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, 18 iyun Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd olunur. Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı "nın təsdiq edildiyi və İnsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında “İnsan hüquqları günü” kimi təsis edilib. İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin əsası olmuşdur. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda respublikamızda hakimiyyətə qayıdışından sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır.