06.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 05.06.2023 - cü il tarixdə II Qarabağ müharibəsi şəhidi Samid Əliyevin anadan olmasının 25 illiyi ilə əlaqədar "Xalqımıza Zəfəri yaşadan şəhidlər" adlı anım günü keçirdi.Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra tədbirin aparıcısı multi media mütəxəssisi Vüsalə Mustafayeva şəhid Samid Əliyevin qısa həyat yolu haqqında məlumat verdi və qeyd etdi ki, sağ qalsaydı Samidin 25 yaşı tamam olacaqdı.Kitabxananın müdiri Natella Hacıyeva çıxış edərək vurğuladı ki, bu gün biz bu torpaqda xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. 3 saylı musiqi məktəbinin şagirdi Ayan Musayeva "Doğum günün mübarək, şəhidim" adlı şeiri səsləndirdi. Gəncə Dövlət Universitetinin tələbəsi İlyas Əliyev çıxışında qeyd etdi ki, şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir,bu sıraya çatan cənnətlə mükafatlandırılır. Fəal oxucumuz Səkinə Salmanova "Salam,şəhid anası" şeirini səsləndirdi.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,şəhidlər bizim həm kədərimiz, həm də fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.