Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yenə o bağ olaydı” adlı şeir saatı keçirilib

06.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 05.06.2023-cü il tarixində Görkəmli şair İsmayılzadə Mikayıl Əbdülqədir oğlunun (Mikayıl Müşfiq) anadan olmasının 115 illiyi münasibətilə “Yenə o bağ olaydı” adlı şeir saatı keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva maraqlı və orijinal əsərləri bu gündə sevilərək oxunan Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında məlumat verdi. Azərbaycan dili ədəbiyyat müəllimi Validə Hüseynova Mikayıl Müşfiqin Azərbaycan poeziyasının inkişafında böyük rol oynamıasından danışaraq sosial və mədəni məsələlərlə yanaşı sevgi və gözəlliyi tərənnüm edən bir çox şeirlərin müəllifi olmasını bildirdi. Tədbirdə iştirakçılar Mikayıl Müşfiqin “Coğrafiya”, “Məktəbli qız”, “Qaya”, “Zəhra üçün”, “Yenə o bağ olaydı”, “ Nə deməkdir” şeirlərini söylədikdən sonra “Sevgi və gözəllik şairi” adlı videoçarx nümayiş edildi. Tədbir iştirakçılarda xoş təsürat yaratdı.

 

65 KB