05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı 18 saylı orta məktəbdə 05.06.2023-cü il tarixində Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin anadan olması gününə həsr olunmuş “Kainat olduqca şeir olacaq” adlı ədəbi-bədii gecə keçirdi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq şairin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnəkdir. Mikayıl Müşfiq yaradıcılığı gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Məktəbin müəlliməsi Ceyran İsmayılova: Müşfiq özünəməxsus bir inamla “Kainat olduqca şeir olacaq”
söyləmişdir. Şeir olduqca Müşfiq də olacaq. O, yaşayır, yaşayacaq. Xalqımız ona ürəyində əbədi olaraq yer vermişdir-söylədi. Məktəbin VII sinif şagirdi Mələk Əliyeva şairin sözlərinə yazılmış” Yaşa könül”,”Sənə qurban” mahnılarını ifa etdi. Sonra şagirdlər şairin “ Ana”,”Gecə düşüncəsi”,”Könlümün dedikləri”, “Şerim”,Yenə o bağ olaydı”,”Oxu tar”,”Zəhra üçün” şeirlərini və “Şəngül, Şüngül,Məngül “mənzum nağılını söylədilər.