Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təbiət onu sevənlərindir” başlığı altında söhbət keçirilib

05.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 05.06.2023-cü il tarixində Ətraf Mühitin Müdafiəsi Günü ilə əlaqədar olaraq “Təbiət onu sevənlərindir” başlığı altında Gəncə şəhər 26 nömrəli Fizika - Riyaziyyat - Infotmatika təmayüllü məktəb-liseydə söhbət təşkil etdi. Tədbiri Uşaq şöbəsinin multimedia mütəxəsisi Nərmin Qasımova açaraq uşaqlara bu günün tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Biz də təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir. Hər bir vətən övladı doğma vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli və onu qorumalıdır. Daha sonra məktəbin ibtidai sinif müəlliməsi Aynur Tanrıverdiyeva çıxış edərəki qeyd etdi ki, doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Ona görə də doğma yurdun təbiətini sevmək, ona övlad məhəbbəti bəsləmək bizim hər birimizin müqəddəs amalına çevrilməlidir. Tədbirin keçirilməsində məqsəd məktəblilərin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə, təbiəti qorumağın vacibliyini aşılamaqdır.

 

2.3 MB