05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 03.06.2023-cü il tarixində 04 iyun Beynəlxalq Təcavüzə Məruz Qalmış Uşaqlar Günü münasibətilə “Uşaqları təcavüzdən qoruyaq” adlı söhbət keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva Beynəlxalq
Təcavüzə Məruz Qalmış Uşaqlar Günü haqqında məlumat verərək öz ölkəsinə, xalqına gərəkli olmaq duyğusunu tərbiyə etmək həm uşaqların, həm də valideynlərin hüquq və öhdəlikləri olmasından, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin artırılmasından, onlara dövlətimizin diqqət və qayğısından söhbət açdı. Uşaqlar bu günün sabahı, sabahın isə ümididir deyən Elza Əliyeva bu günün ən aktual mövzusu olan uşaqların zərərli vərdişlərdən qorunması yolunun təhsildə , kitab oxumaqda olduğunu bildirdi. Tədbirin sonunda mövzu ilə bağlı müxtəlif fikirlər bildirən tədbir iştirakçılarına “Uşaqları təcavüzdən qoruyaq” adlı bukletlər verildi.