05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 05.06.2023-cü il tarixdə 5 İyun Ətraf Mühitin Mühafizəsi günü ilə əlaqədar olaraq "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” başlığı altında söhbət keçirildi. Tədbiri 15 saylı filalın böyük kitabxanaçısı Səkinə Kərimova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində keçirilən iclasında ekoloji problemin kəskinliyi, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsinin qorunmasına diqqətin yönəldilməsinin vacibliyi diqqət önünə gətirilərək 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. Bu gün ekoloji problemlər hamını narahat edir. Sağlamlığımıza zərər vurur. Dünyanın bir parçası olan Yurdumuz Azərbaycanın hər qarışı gözəldir. Bu gözəlliyə ziyan vurmamaq, qorumaq və daha da gözəlləşməsi üçün əlimizdən gələni etmək hamımızın borcudur. Sonra tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin müəllimi Samirə Hüseynova da çıxış edərək dedi ki, məktəblilərdə hamımızı düşündürən ətraf mühitin mühafizəsi kimi vacıb bir mədəniyyətin formalaşmasında belə maarifləndirici tədbirlərin rolu böyükdür. Sonda tədbirin aparıcısı iştirakçılara öz minnətdarlığını bildirərək, tədbiri yekunlaşdırdı.