05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 05.06.2023-cü il tarixdə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibəti ilə “Təbiəti qoruyaq, özümüzü qoruyaq” adlı söhbət keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Multimedia resursları üzrə mütəxəssiz Nərgiz Məmmədova ekoloji mədəniyyətin aşılanması gələcək nəsillərin sağlamlığının qorunmasının açarı olduğunu qeyd edərək, insanın ekoloji cəhətdən təmiz mühitə ehtiyacı olması, təbiətdəki davranış qaydaları haqqında ətraflı məlumat verdi. Həmçinin mərhəmətli olmağı, təbiəti sevməyi və qorumağı yollarının vacibliyindən söz açdı.