Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar bizim gələcəyimizdir”mövzusunda bayram tədbiri keçirilib

05.06.2023

"Heydər Əliyev ili"çərçivəsində Naftalan şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə 1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir"mövzusunda bayram tədbiri keçirilib.Tədbirdə ŞİH-nin məsul əməkdaşları,YAP Naftalan şəhər təşkilatının sədri,şəhid və qazi övladları,onların ailə üzvləri,idman,təhsil və mədəniyyət idarələrinin rəhbərləri iştirak ediblər.İlk öncə tədbir iştirakçılarına uşaqların əl işlərindən ibarət sərgi və Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğını özündə əks etdirən film nümayiş etdirilib.Tədbir uşaq musiqi məktəbinin kollektivlərinin,Körpələr evi-Uşaq bağcasının,tam orta məktəblərin şagirdlərinin hazırladıqları konsert proqramı və gənc idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

Naftalan şəhər uşaq musiqi məktəbinin kollektivinin 1iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbiri məktəbin müəllimi İslam Əlizadənin təşkilatçılığı ilə Gashalti Health Hotel Naftalan-nın əyləncə mərkəzində davam edib. Tədbirdə şəhid və qazi ailələri, SOCAR-ın əməkdaşları, otelin rəhbərliyi və işçi heyəti, eləcə də müalicə olunan  qonaqlar  iştirak edib. Şəhid Bəxtiyar Aslanovun ailə üzvü Əsli Qarayevanın çıxışı ilə "İspan rəqsi", məktəbin müəllimi Səyyarə İsmayılovanın rəhbərlik etdiyi Respublika Musiqi Müsabiqəsində I yerin qalibi Kapitan Vaqif Bayramov adına "Vətənpərvərlər" qrupunun çıxışı ilə "Səngərdə bir gün" kompozisiyası, Beynəlxalq Klassik Musiqi Müsabiqəsinin instrumental ansambl nominasiyası üzrə I dərəcəli laureatı "Cəngi" qarmonçalanlar ansamblının, oğlanlardan ibarət vokal qrupunun çıxışı ilə xalq mahnı və rəqslərimiz, eyni zamanda məktəbin "Misiri" sazçalanlar qrupunun çıxışı ilə aşıq havaları təqdim edilib.  Tədbir İslam Əlizadənin ifasında "Qarabağ şikəstəsi" ritmik muğamı ilə başa çatıb.

 

276.6 KB

 

163.1 KB