05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 2 iyun 2023 - cü il tarixdə şairə,dramaturq,həmyerlimiz Fəridə Əliyarbəylinin anadan olmasının 99 - cu ildönümü ilə əlaqədar şairənin yaradıcılıq fəaliyyətini oxuculara tanıtmaq,daha çox məlumatlandırmaq məqsədilə "Gəncə yazarlarının anası" adlı ədəbiyyat saatı keçirildi.Tədbirin aparıcısı multi media mütəxəssisi Vüsalə Mustafayeva Ulu Şeyx Nizami,Məhsəti Gəncəvi və Raziyə Gəncəvi kimi şairlərimizin yaradıcılıq bulağından bəhrələnən və xanım-xatınlığı ilə diqqət mərkəzində olmağı bacaran şairə dramaturq Fəridə Əliyarbəylinin həyat və fəaliyyəti, zəngin yaradıcılığı haqqında oxuculara məlumat verdi və qeyd etdi ki,şairə Gəncədə doğulub,fəaliyyət göstərib və Gəncədə də dünyasını dəyişib.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,Fəridə Əliyarbəyli onlarla kitabın müəllifidir və onun yaratdığı şeirlər daim yaddaşlarda yaşayacaqdır.