Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəngülüm Şüngülüm , Məngülüm” başlığı altında nağıl saatı təşkil edilib

05.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 02.06.2023-ci il tarixində 46 nömrəli körpələr evi və uşaq bağçasında Mikayıl Müşfiqin 115 illiyi münasibəti ilə ,”Şəngülüm Şüngülüm , Məngülüm” başlığı altında nağıl saatı təşkil etdi. Nağılı şöbənin multimedia mütəxəssisi Səriyyə Abbasova uşaqlara oxudu. Uşaqlar nağıla çox böyük həvəslə qulaq
asdılar və müxtəlif suallar verdilər.Uşaqların sualları ətraflı cavablandırıldı. Nağıl saatını keçirtməkdə məqsəd uşaqların informasiya tələbatını ödəmək, mütailəyə həvəsləndirmək, dünyagörüşünü artırmaqdır. Maraqlı keçən nağıl saatı balaca fidanların böyük marağına səbəb oldu.

 

181.1 KB