05.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialı Goranboy rayon Heydər Əliyev Mərkəzində 02 İyun 2023-cü ildə şair, yazıçı,dramaturq Mikayıl İsmayılzadənin (Mikayl Müşfiqin) anadan olmasının 115 illiyi münasibətilə ”Nakam Şair ”adlı dəyirmi masa keçirdi.Tədbirdə Heydər Əliyev Mərkəzinin, Uşaq İncəsənət məktəbinin əməkdaşları və Milli Qəhrəman Sərxan Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Giriş sözü ilə şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açaraq, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış Mikayıl Müşfiq haqqında tədbir iştirakçılarına məlumat verdi. Tatarlı kənd tam orta məktəbin tarix müəllimi Cabbarov Tural şairin şeirlərində sosial və mədəni məsələlərlə bağlı fikirlərini dilə gətirdi. Goranboy rayon Uşaq İncəsənət məktəbin fortepiano müəllimi Aynur İsgəndərova şairin yazdığı əsərlərinə bəstələnmiş musiqilərdən danışdı.Tədbir 9-cu sinif şagirdi Bahar Cabbarzadənin şairin yazdığı “Oxu Tar” şeirindən bir parça söyləməsilə başa çatdı.