Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Rəsm Qalereyasında ”Tarix yaradan insan” adlı tədbir keçirilib

05.06.2023

02.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "Tarix yaradan insan" adlı musiqili, ədəbi bədii gecə keçirilib. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Gəncə Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini müvəqqəti icra edən Sevinc Məhərrəmova Ümumilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verdi. Sonra tədbirə dəvət olunan qonaqlar ;Azərbaycan yazıçılar birliyinin məsləhətçisi, tanınmış uşaq şairi Aləmzər Əlizadə;Əməkdar mədəniyyət işçisi, şair Bəxtiyar Muradov;Gəncə Dövlət Tarix Diyarşünaslıq müzeyinin direktoru Pərvin Nəzərəliyeva;Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə İbayeva;Gəncə şəhər Uşaq İncəsənət məktəbinin direktoru Təvəkkül Hüseynli çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqı, vətəni üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışdılar.
   Gəncə Regional Mədəniyyət idarəsinin məsləhətçisi Rahib Hüseynov çıxışında bütün iştirakçılara, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd etdi ki Regional İdarənin tabeliyində fəaliyyət göstərən şəhər və rayon mədəniyyət müəssisələrində "Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər uğurla davam edir.
   Tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göy Göl" mahnı və rəqs ansamblı (bədii rəhbər Sahil Quliyev), Gəncə şəhər Uşaq İncəsənət məktəbinin vakal sinfinin şagirdləri (müəllim Gülmira Həmzəyev) musiqi proqramını təqdim etdilər. Proqramda xalq və bəstəkar mahnıları eləcədə Ulu Öndərin çox sevdiyi "Küçələrə su səpmişəm", "Alagöz" mahnıları ifa olundu.
   Azərbaycan və Türkiyə Respublikalarının, Dövlət bayraqlarının fonunda "Azərbaycan - Türkiyə" mahnısı təqdim olundu.
   Sonda Gəncə Dövlət Rəsm Qalereyasının uzun müddət fond müdiri vəzifəsində işləmiş və həyatını erkən dəyişmiş Məhbubə Həsənovanın "Dəmir yumruq" adlı işlərindən ibarət sərgiyə baxış keçirildi.

 

151.5 KB

 

140 KB