Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlar dünyanın ən böyük səadətidir” adlı tədbir kecirilib

02.06.2023

01.06.2023-cü il tarixində Xocalı rayon 1 nömrəli Körpələr evi – Uşaq bağçasında Xocalı rayon Mədəniyyət evinin və Xocalı rayon 1 nömrəli Körpələr evi–Uşaq bağçasının birgə təşkilatçılığı ilə 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq “Uşaqlar dünyanın ən böyük səadətidir” adlı tədbir kecirildi. Tədbirdə Xocalı rayon Mədəniyyət evinin işçiləri, Uşaq bağçasının işçiləri, valideynlər iştirak etdilər.
İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan  mühüm məsələdir. “Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycanda uşaq  məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir və prioritet istiqamət təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Xocalı rayon 1 nömrəli Körpələr evi – Uşaq bağçasının müdiri Bahar Ataşova çıxışında bildirdi ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Azərbaycanda uşaqlara dövlət tərəfindən qayğı göstərilməsi, onların hər-tərəfli şəxsiyyət kimi formalaşması Ümummili Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Biz çalışmalıyıq uşaqlar zərərli vərdişlərə, radikal və ortodoksal dini qruplara,  sosial şəbəkələrə aludə olmasınlar. Məktəbdə müəllimlər, psixoloqlar uşaqların davranışlarına, onların nizam-intizamına, dərslərə hazırlığına ciddi nəzarət etməlidirlər, problem  varsa operativ müdaxilə olunmalıdır. Bu  baxımdan maarifləndirmə işləri çox vacibdir. Sonda şən əhval-ruhiyyəli mahnılar səsləndirildi, uşaqlar rəqs etdilər, uşaqların iştirakı ilə bir-birindən gözəl əyləncəli səhnəciklər nümayiş etdirildi.

 

169.2 KB