Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

02.06.2023

31. 05. 2023 – cü il tarixində Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir. Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pərvin Nəzərəliyeva çıxış edərək bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi , onlara xoş və səmimi arzularını bildirdi. Sonra Ulu Öndər Heydər Əliyevin uşaqlara olan sevgisindən, onlara göstərdiyi diqqət və qayğısından danışdı. Tədbirdə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı və Mehdi Mehdizadə adına 4 saylı orta məktəblərin şagirdlərinin ifasında “ Biz Heydər babanın nəvələriyik”, “ Uşaqlıq illəri” , “ Qoy həmişə günəş olsun!” , “ Balaca ulduzlar” mahnıları , “ Azərbaycan” , “ Qız məktəbində” , “ Əziz ana “ şeirləri dinlənildi. Xəmsə Uşaq Rəqs Ansamblının üzvləri “Tarantella” , “ Şoloxo” rəqslərini , Gəncə şəhər Uşaq İncəsənətMəktəbinin Gəncə Qönçələri Rəqs Ansamblının üzvləri isə “ Naz eləmə”, “Yallı”, “Ərik budağı” rəqslərini ifa etdilər.

 

158.7 KB