Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu Öndə Heydər Əliyevin Uşaqlara sonsuz məhəbbəti” adlı tədbir keçirilib

01.06.2023

01.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar Uşaq Musiqi məktəbində “Ulu Öndə Heydər Əliyevin Uşaqlara sonsuz məhəbbəti" adlı tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Məmmədbəyova açıq elan etdi. O, uşaqları bayram münasibəti ilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından danışdı. Ulu Öndər Heydər Əliyev demişdir: "Uşaqlar bizim sevincimiz, xoşbəxliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı,xüsusi diqqət göstərilməlidir”. Ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün bütün tədbirlər həyata keçirilir. Dövlətimiz hər bir Azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. 

Sonra məktəbin şagirdlərinin ifasında musiqi nömrələri səsləndi. 

 

1.1 MB