01.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş konsert keçirildi.Məktəbin direktoru Ülviyyə Nadirova uşaqları təbrik etdi,onlara möhkəm can sağlığı, təhsildə uğurlar, xoşbəxt həyat arzulayaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə uşaqların müdafiəsinin, onların daim qayğı ilə əhatə olunmasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunmasından danışdı.Konsertdə məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər.Bayramınız mübarək Əziz uşaqlar!!