01.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 01.06.2023-cü il tarixdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə şəhər 28 saylı uşaq bağçası ilə birgə "Uşaqlar bu günün sabahı, sabahın isə ümüdidir" başlıqlı tədbir keçirtdi.
Tədbirin aparıcıları bağçanın müəllimi Hicran Rzayeva və kitabxana filialının multimediya işçisi Könül Qafarova açaraq uşaqları bayram münasibətilə təbrik etdilər və uşaqlara aydın səma, xoşbəxt, firavan həyat , sülh və müharibəsiz bir dünyada yaşamağı arzuladılar.
Sonra söz baxçanın müdiri Ülviyyə Əliyevaya verildi. Ülviyyə Əliyeva uşaqları təbrik etdi və dövlətin uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Səhərcikdə bağçanın musiqi rəhbərləri Mənzərə Zülfüqarova və Fidan Bağırovanın müşayiətilə uşaqlar rəqs etdilər, şer söylədilər.