Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Körpələrə qayğı göstərək” adlı dəyirmi masa təşkil olunub

01.06.2023

01.06.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Müdafiəsi Günü ilə bağlı "Körpələrə qayğı göstərək" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə ilk öncə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub. Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransında” uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Mədəniyyət Mərkəzinin baş metodisti Hüseynova Göyçək çıxışında qeyd etdi ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Tədbirdən sonra Mədəniyyət Mərkəzinin kollektivi Samux şəhər 1saylı məktəb liseyinin şagirdlərini 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib və hədiyyələr verib.

 

66.8 KB