Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Siz güləndə dünya gülür” adlı səhərcik keçirilib

01.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 01.06.2023-cü il tarixində “Siz güləndə dünya gülür” adlı səhərcik keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova, direktor müavini Rasim Alıyev, ibtidai siniflər üzrə TTİ -direktor müavini Türkan Məcidova, UBT rəhbəri Qənifə Nağıyeva, psixoloq Qətibə Mustafayeva maraqlı çıxışlar edərək 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə fidan balaları təbrik etdilər. MKS- nin 19 saylı filialının müdiri Elza Əliyev tədbirlərdə xüsusi fərqləndiklərinə görə bir qrup şagirdləri təşəkkürnamə ilə təltif etdi. Tədbirdə uşaqların ifasında mahnılar, rəqslər, şerlər söylənildi. Böyük fərəh və coşqu ilə keçən tədbir körpə balaların sevincinə səbəb oldu.

 

95.8 KB