01.06.2023
01.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində "Uşaqlar Gələcəyimizdir"adlı dəyirmi masa keçirilib.Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi və Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbirdə qeyd edilib ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi,bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb.Sərəncama görə 2009-ci il "Uşaq ili" elan olunub. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat,uzun ömür, xoşbəxt gələcək arzulayırıq.Sonda söz uşaqlara verilib.