Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar gələcəyimizdir” adlı dəyirmi masa keçirilib

01.06.2023

01.06.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Salahlı kənd klubunda 1iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlar gələcəyimizdir" adlı dəyirmi masa keçirilib. Tədbirdə klub müdiri Eyyubova Sənan çıxış edərək bildirib ki, uşaqlar bu dünyanın yaraşığıdır ləkəsiz, tər-təmiz övladlar gələcək nəslin davamçılarıdır. Uşaqlar sağlam qidalanmalı, valideyin qayğısı görməli, yüksək səviyyədə təhsil almalıdır.Çünki uşaqlar gələcəyimizin təminatçısıdır. Kütləvi iş təşkilatçı Hüseynova Yasəmən məruzə ilə çıxışında1iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə başda şəhid övladları, qazi övladları olmaqla bütün uşaqları ürəkdən təbrik edib.Uşaqlar evin gülü çiçəyidir.Gəlin müasir dünyamızda uşaqları sağlam və savadlı, dövlətə yararlı gənc kimi yetişdirək.Uşaqlar, bayramınız mübarək olsun!

 

185.1 KB