Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyanın sevgi dolu varlıqları” adlı tədbir keçirilib

01.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində Qaraçinar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Dünyanın sevgi dolu varlıqları" adlı tədbir keçirilib. Tədbirdə Şəfəq və Qaraçinar kənd Uşaq Bağçasının uşaqları, müəllimlər, valdeyinlər və məktəblilər iştirak edib.
 İlk öncə Ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova qonaqları salamlayaraq bayram tədbirinə toplaşan uşaqları 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibət ilə təbrik etdi.
Daha sonra çıxış edən Qaraçinar kənd Mədəniyyət evinin direktoru Tahirə İmanova qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə bu gün hər il bayram kimi qeyd olunur.Bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Səfıkürd kənd Uşaq Musiqi məktəbinin Xor kollektivinin ifasında bayrama həsr olunmuş mahnılar səsləndirildi.Kecirilən bayram tədbiri uşaqların sevincinə səbəb oldu.

 

92.8 KB