Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlar dünyanın sevincidir” başlığı altında ədəbi-bədii gecə keçirilib

01.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 01.06.2023-cü il tarixdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar dünyanın sevincidir” başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Qeyd etdi ki, bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi doğma yurdumuz Azərbaycanda da bu gün qeyd olunur. Və bu gün münasibətilə uşaqları təbrik
etdi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Nurlana İsmayılzadə uşaqları təbrik edib, xoş sözlər söylədi. Sonra həmin məktəbin ikinci sinif şagirdləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Vətənə, Sülhə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular. “Sevgi, Həyat, Dostluq, Ədalət kimi ali hisslər olmayınca” başlıqlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Müxtəlif ölkələrin bayraqları ilə, sülhün rəmzi sayılan göyərçinlərlə bütün dünya uşaqlarına xoş arzularını ifadə etdilər.

 

1.2 MB