01.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Zeyvə Kənd Folklor Evində Qarqucaq kənd Folklor Evinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş "Gələcəyimiz olan körpələr bizim fəxrimizdir" adlı tədbir keçirilmişdir.
Keçirilən tədbirdə Şəhid ailələri, Zeyvə Kənd İcra Nümayəndəliyi, Mədəniyyət işçiləri, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Qarqucaq və Zeyvə kənd uşaq bağçasının rəhbərləri, bir qrup kənd sakinləri və şagirdlər iştrak etmişdir.
Tədbirə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilişdir.
Tədbiri giriş sözü ilə açan Zeyvə və Qarqucaq kənd Folklor Evlərinin direktorları Əsibə Əmrahova Aygül Rəsulova tədbir iştrakçılarını salamlayaraq bayram günü münasibəti ilə başda Şəhid övladları olmaqla bütün körpələri ürəkdən təbrik ediblər.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub.
Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb deyə A. Rəsulova bildirmişdir.
Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur.
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir deyə Ə. Əmrahova bildirmişdir.
Çıxış edən Mədəniyyət işçisi, İctimaiyyətçi Elçin Tağıyev bildirmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir.
Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Çıxış edən İctimaiyyətçi, Rahman Safarov vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Prezident cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz nümunəsidir. Bu mühüm kampaniya çərçivəsində respublikamızın hər yerində olduğu kimi İmişli rayonunda da uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman alqışa layiqdir deyə R. Səfərov bildirmişdir.
Tədbirdə “Azərbaycanda uşaq siyasəti” filmi nümayiş edilmiş, Qarqucaq və Zeyvə kənd tam orta məktəblərinin şagirdlərinin ifasında səhnəciklər, kompazisyalar və şeir parçaları səsləndirilmişdir.
Tədbir Mədəniyyət işçilərinin musiqi proqramları ilə davam etdirilmişdir.