Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“L.N.Tolstoy-190”

10.09.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında Rus yazıçısı Lev Nikolayeviç Tolstoyun anadan olmasının 190 illiyi münasibətilə “L.N.Tolstoy-190” başlığı altında sərgi keçirildi.

Tədbiri 11 saylı filialın müdiri Esmira Həsənova açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.

Dünya ədəbiyyatı tarixində bir çox mütəfəkkir sənətkarlar məlumdur. Varlığın fəlsəfəsi üzərində dərin əzabla düşünən belə mütəfəkkir yazıçılar sırasında demokratik rus mədəniyyətinin nəhəng nümayəndəsi, böyük yazıçı Lev Tolstoy ən fəxri yerlərdən birini tutur. Həmişə həqiqətə çağıran yazıçının bütün qəhrəmanları insan həyatının mənası barədə düşünürlər.

Tolstoy həyata ehtiraslı məhəbbətlə, şərə və ədalətsizliyə qarşı dərin nifrətlə aşılanmış əsərlərində ümumbəşəri məsələlər qoyduğuna görə Asiya, Avropa, Amerika xalqlarının mənəvi-bədii mədəniyyətlərinə ciddi təsir göstərmişdir.

Daha sonra isə tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.