Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mərdlə namərdin nağılı” Azərbaycan xalq nağılının oxu və müzakirəsi keçirilib

01.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 31.05.2023-cü il tarixdə “Nağıl saatı” layihəsi çərçivəsində “Mərdlə namərdin nağılı” Azərbaycan xalq nağılının oxu və müzakirəsini keçirildi. Tədbiri 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova apardı. O, ilk öncə nağılı ifadəli şəkildə oxudu və onun daha yaxşı mənimsənilməsi üçün müzakirəsini təşkil etdi. Müzakirə əsnasında bu məşhur Azərbaycan xalq nağılının əsas ideyası olan əbədi bir mövzu xeyirlə şərin mübarizəsi və həmişə olduğu kimi xeyirin qalib gəlməsi məktəblilərin diqqətinə çatdırıldı. “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Nə əkərsən, onu da biçərsən” kimi atalar sözlərinin necə yerinə düşdüyü qeyd edildi. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda aparıcı məktəblilərə öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

924.8 KB