Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlara sülh, çiçəklərə günəş” başlığı altında səhərcik keçirilib

01.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filiialı Cəfər Cabbarlı adına 6 saylı məktəblə birlikdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlara sülh, çiçəklərə günəş” başlığı altında səhərcik keçirdi. Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi İlhamə Əliyeva açaraq iştirakçıları salamladı və bayram münasibəti ilə uşaqları təbrik etdi. O, qeyd etdi ki, 1  İyun Uşaqların Beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın hər yerində olduğu kimi
vətənimiz Azəbaycanda da bu gün qeyd olunur. Daha sonra 6 saylı məktəbin ibtidai sinif müəllimi Tağıyeva Günay qeyd etdi ki, “Uşaq qığıltısından təntənəli himn yoxdur”. Uşaqlar gözəl gələcəyə açılan qapıların pəncərəsidir. 44 günlük müharibədə atalarının üzünü görməyən körpələrimiz doğuldu. Qoy bu körpələr güvənc yerimiz, qürur mənbəyimiz olsun. Uşaq birliyinin təşkilatçısı Səadət Ələsgərova öz çıxışında bu gün münasibətilə uşaqları təbrik etdi, bütün yer üzündə uşaqların xoşbəxt, firavan, qayğısız, bütün uşaqlara aydın səma altında yaşamaqlarını arzuladı. Məktəbin şagirləri öz çıxışları ilə hər kəsi heyran etdilər. Onlar şeirlər söylədilər, mahnılar oxudular öz milli rəqslərimiz ilə tədbir iştirakçılarında xoş təəssüratlar yaratdılar.

 

107.8 KB