30.05.2023
Gəncə Regioanl Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində 44 Günlük Vətən Müharibəsi şəhidi Mirmuraz Cəfərovun 26 may mövludu günü ilə əlaqədar olaraq şəhidin ailəsi ilə görüş keçirilib.
Tədbirdə ilk olaraq şəhidlərin ruhu 1dəqiqəlik sükutla yad edildi.
Tədbirin təşkilatçısı və aparıcısı Xidmət şöbəsinin müdiri Aidə Abdullayeva 44 günlük vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovla bağlı geniş məlumat verdi.
Şəhidin valideynləri, yaxın qohumları, qazi dostları, döyüş dostu, bacısı, xalası, bibisi ilə yanaşı tədbirdə AYB Gəncə bölməsinin sədri, yuazıçı-dramaturq Xəzangül Hüseynova, GDU-nun dosenti, Turan Beynəlxalq Təşkilatının Akademiki, alim-şair Bayram Apoyev, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AYB Gəncə bölməsinin məsləhətçisi,şair Aləmzər Əlizadə, Gəncə şəhər M.C.Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, şəhid anaları-Brilyant xanım, Səbinə xanım, Nənəxanım ana, Rəbiyyə xanım, Gülhəyat xanım və çaşqaları, qazilər çıxış edərək şəhidlik və şəhid Mirmuraz Cəfərovla bağlı danışaraq, valideynləri və əzizlərinə səbr dilədilər. Onların uca məqam sahibi olaraq daim qəlbimizdə yaşayacaqları kimi xoş ifadələr söylədilər.Şəhidin ata və anasi, bacısı, xala və bibisi əziz övladları, qardaşları haqqında, onun sahib olduğu yüksək keyfiyyətlərdən danışdılar. Gəncə şəhər 41 və 6 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətən, şəhidlik, qəhərmanlıq mövzusunda şeirlər səsləndi. Aşıq Loğman “Azərbaycan” və “Vətən” nəğmələri ilə vətənpərvər ruhda çıxış edərək şəhidin ruhunu nəğmə sovqatı ilə yad etdi. Şəhidin döyüş yoldaşı Fərid Bayramov Mirmuraz Cəfərovun şücaətindən, qorxmazlığı və cəsarətindən, dostluq və yoldaşlığında göz yaşları içində danışaraq xatirələrini bölüşdü.
MKS-nin direktor vəzifəsini icra edən Gülünaz İsgəndərova da çıxışında şəhidimiz Mirmuraz Cəfərova rəhmət diləyərək, bütün işirakçılara dərin təşəkkürünü bildirdi və şəhid valideynlərinə səbr dilədi.
Sonda xatirə şəkilləri çəkildi.