30.05.2023
28 may 2023-cü il tarixində Gəncə şəhər Z.Qayıbov adına 5 N-li uşaq musiqi məktəbində 28 may Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Nəzəriyyə müəllimi Mustafayeva Gulay çıxış edərək Müstəqillik Günü haqqında məlumat verdi. Xor kollektivi və şagirdlər məktəbin həyətində maraqlı konsert proqramı ilə cıxış etdilər.