30.05.2023
25 may 2023-cü il tarixində Gəncə şəhər T.Hacıyev adına 2 N-li uşaq musiqi məktəbində 28 may Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Nəzəriyyə şöbəsinin müəllimi İsayeva Gülnar çıxış edərək Müstəqillik Günü haqqında məlumat verdi.Məktəbin xor kollektivinin, xalq çalgı alətləri , violin və fortepiano şöbəsinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etdilər.