27.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 27 may 2023 - cü il tarixdə 28 may Respublika Günü, AXC - nın 105 - ci ildönümü ilə əlaqədar, "Azərbaycan, sənsən mənim ülviyyətim!" adlı şeir gecəsi keçirildi.Tədbir şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra basladı.7 saylı kitabxana filialının müdiri Natella Hacıyeva tədbiri giriş sözü ilə acaraq qeyd etdi ki, 28 may Azərbaycan xalqı üçün təkcə təqvim bayramı deyil,boyük ictimai,siyasi və tarixi əhəmiyyətə malik bir gündür.3 saylı musiqi məktəbinin vokal müəlliməsi Samirə Məmmədova, tədbirin aparıcıları böyük kitabxanaçı Könül Mirxudayeva və mult media mütəxəssisi Vüsalə Mustafayeva mövzu ilə əlaqədar çıxışlar etdilər.Tədbirdə 3 saylı musiqi məktəbinin şagird kollektivi və fəal oxucuları istirak edirdilər.Onlar 28 may gunü ilə əlaqədar vətən və dövlətciliyə həsr olunmuş şeirlər səsləndirdilər .