27.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 26.05.2023-cü il tarixində K.D.Uşinski adına 29№-li tam orta məktəblə birlikdə 28 May Respublika Günü münasbətilə “Müstəqillik tarixi sərvətimizdir” başlığı altında ədəbi-bədii gecə keçirtdi. Tədbir vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərin bir dəqiqəlik sükut edilməsi ilə başladı. Ədəbi- bədii gecədə çıxış edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, 28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.Tədbirdə çıxış edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova və müəllimələr çıxış edərək qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Lakin 1918-ci il 28 mayından 70 il keçəndən sonra isə Azərbaycan xalqı yenidən ayağa qalxaraq öz haqqını, azadlığının, müstəqilliyini və bütövlüyünü tələb etdi və buna nail oldu. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Tədbirin bədii hissəsində şagirdlər Azərbaycana, vətənə, müstəqilliyə aid şeirlər söyləyərək, müsiqi və rəqs nömrələri ilə çıxış etdilər.