27.05.2023
26.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq  muzeyində 28 may Müstəqillik günü ilə əlaqədar  "Müstəqilliyimiz əbədidir və sönməzdir" başlığı altında tədbir keçirildi. Tədbirdə Başkənd kənd tam orta məktəbinin müəllim və şagird  kollektivi iştirak etdi. İlk öncə tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açdı. Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad  edildi. Daha sonra muzeyin direktoru Tofiq Məmmədov Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və tarixi  gedişi ilə bağlı məlumat verdi. Sonda muzeyin bələdçisi Xatirə İsmayılova   gələn qonaqlara Azərbaycan Xalq Cumhuriyyətinin  yaradılması ilə bağlı foto- stendtlərdən ibarət sərgilərlə  tanış etdi, və sonda xatirə şəkilləri çəkildi.