26.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsində 28 May Respublika Günü münasibətilə “Tariximizin şanlı və parlaq səhifəsi - 28 may” başlığı altında məruzə keçirilib. Tədbirdə kitabxananın fəal oxucuları, tələbə və şagirdlər iştirak edirdi.
Xidmət şöbəsinin əməkdaşı Mina Məmmədova 28 May Respublika gününün yaranma tarixindən, bu günün yaranmasında müstəsna xidmətləri olmuş tarixi şəxsiyyətlər haqqında, “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmasını qeyd etdi.
Sonda iştirakçılar mövzuyla bağlı çıxışlar etdi və şagirdlərin ifasında sonda “28 May Respublika gününə həsr olunmuş şeirlər ifa olundu.