Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim ölkəm mənim fəxrimdir” adlı şeir gecəsi keçirilib

26.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 26.05.2023-cü il tarixdə 28 May Müstəqillik Günü münasibəti ilə “Mənim ölkəm mənim fəxrimdir” adlı şeir gecəsi keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Böyük kitabxanaçı Təranə Həsənova Azərbaycanın dünya birliyində layiqli yerini tutduğunu qeyd edərək tədbiri açıq elan etdi. Tədbirdə ədəbiyyat müəllimi Ülvi Əliyev, tarix müəllimi Əfsanə Məmişova, məktəbin kitabxanaçı Səidə Ağayeva çıxış etdilər. Çıxışlar zamanı Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycan Xalq Cumhuriyyətinin tarixdəki rolundan, mövcud olduğu qısa vaxtda keçdiyi inkişaf yolundan söz açılıb. Tədbirdə məktəbin şagirdləri bayrağa, vətənə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər.

 

92.6 KB