Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 may Müstəqillik Günü münasibəti ilə dəyirmi masa təşkil olunub

26.05.2023

26.05.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux Rayon Mədəniyyət Mərkəzində 28 may Müstəqillik Günü münasibəti ilə dəyirmi masa təşkil olunub. Samux rayon Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov tədbirdə çıxış edərək bildirdi ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Olduqca çətin bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə, tarixinə böyük hörmət və ehtiramla yanaşır. Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təntənə ilə qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə qoyulmuş, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
təntənəli şəkildə qeyd edilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışmış, xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və  bu gün onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu qeyd ediblər.

 

67.8 KB