Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Onu zaman seçmişdir” adlı tədbir keçirilib

25.05.2023

24 may 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar Uşaq Musiqi məktəbində Ulu Öndə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Onu zaman seçmişdir” adlı tədbir keçirildi. Tədbir Samux rayon Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Süleyman Əliyev, idarənin məsləhətçiləri və digər rəsmi qonaqlarda iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Məmmədbəyova açıq elan edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Sonra məktəbin tədris işləri
üzrə direktor müavini Ruhanə Həsənova Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında hazırlanmış konsert proqramı tamaşaçılara təqdim edildi. Öncə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Gənc ifaçıların IV Respublika müsabiqəsi” ndə Elmi- praktik konfransın
iştirakçısı Kərimova Reyhanə “ Onu zaman seçmişdir” adlı məruzə ilə çıxış etdi. Sonra məktəbin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “ Leyli və Məcnun” operasından “ Müqəddimə” səsləndirildi. Orkestrin müşayiəti ilə məktəbin şagirdləri Əliyev Səlim və Əlizadə Nicat “Heyratı” ritmik muğamını ifa etdilər. Məktəbin Xor kollektivinin ifasında Oktay Rəcəbovun “ Ulu Öndər” əsəri səsləndirildi.Tədbirdə məktəbin skripka çalanlar ansamblı, qanun çalanlar ansamblı və nağara çalanlar ansamblının ifasında da musiqi nömrələri tamaşaçılara təqdim edildi.
Sonra məktəbin müəllimləri İslam Əlizadə, Fuad Ramazanov və Hüseyn Abbasovun ifasında müvafiq olaraq Cahangir Cahangirovun “ Ala göz”, Xalq mahnısı “Küçələrə su səpmişəm” və “ Qarabağ şikəstəsi” tamaşaçılara təqdim olundu. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Süleyman Əliyevə söz verildi. O, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Gənc ifaçıların IV Respublika müsabiqəsi”ndə mükafat alan şagirdlərin Fəxri fərman və diplomlarını təqdim edərək xatirə şəkilləri çəkdirdi.

 

77.6 KB