Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ey mənim varlığım, qəlbim, vicdanım, Mən sənə qurbanam, Azərbaycanım!” adlı onlayn tədbir keçirilib

25.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 28 May Respublika günü münasibətilə 24.05.2023-cü il tarixində “Ey mənim varlığım, qəlbim, vicdanım, Mən sənə qurbanam, Azərbaycanım!” adlı onlayn tədbir təşkil etdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktor müavini Rasim Alıyev, tarix müəllimi Vəfa Hacıyeva , Azərbaycan dili ədəbiyyat
müəllimi Mərquşə İbrahimova, məktəbin psixoloqu Qətibə Mustafayeva, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva , Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi üzrə baş məsləhətçi, şairə Aləmzər Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman- şərqində yaranmış ilk xalq-demokratik respublikası olmasından, hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvətin onun müstəqil dövlətinin olmasından müstəqilliyə gedən yolun böyük mübarizələrdən keçdiyindən, əldə edilmiş bu azadlıqın xalqımızın böyük mübarizəsinin , onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi olmasından danışdılar. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin şagirdlərindən Ayan Həsənova, Gülcan Vlasova, Fatimə Əliyeva,Fatimə Vəliyeva, Nəzrin Məhəmmədli,Aytac Əliyeva, Rövşanə
Qəribova, Mələk Quliyeva, Xatirə İsmayılova , Gəncə şəhər 26 saylı Lisey məktəbinin IV sinif şagirdi Nuray Məmmədova təqdimatlar, şeirlər təqdim edərək çıxışlar etdilər. Tədbirdə “28 May - Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” və “Şərqin ilk demokratik Respublikası” adlı videoçarxlar nümayiş edildi.

 

887.6 KB