Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“28 may Müstəqillik gününün Azərbaycan tarixində rolu” mövzusunda diskusiya keçirilib.

25.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ilə əlaqədar “28 may Müstəqillik gününün Azərbaycan tarixində rolu” mövzusunda diskusiya keçirib.

Tədbirdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 3 nömrəli Gəncə Peşə liseyinin müəllim kollektivi və kitabxananın fəal oxucuları iştirak edib.

Tədbiri giriş sözü ilə filialın böyük kitabxanaçısı Günel Əliyeva açaraq 28 may Müstəqillik Günün tarixi haqqında qısa məlumat verib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdür.

Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Sədrəddin Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Azərbaycan tarixində rolu haqqında geniş məlumat veriblər.

Tədbir diskussiya şəklində keçirilib. İştirakçıları maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb. Həmçinin tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini söyləyiblər.

Sonda Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək tədbirdə fəal iştiraklarına görə hər bir iştirakçıya öz minnətdarlığını bildirib və bu cür tarixi əhəmiyyətli tədbirlərin maarifləndirici xarakter daşıdığını qeyd edib.

 

630.5 KB