24.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı Heydər Əliyev Mərkəzində 24 may 2023-cü ildə mərkəzin əməkdarları ilə 28 May- Müstəqillik Günü münasibətilə “Azərbaycan Tarixinin Şanlı Səhifəsi” adlı tədbir keçirdi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq, Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumat verdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma gününü əziz tutaraq, Azərbaycan Dövlət Müstəqilliyi Günü elan etməsi və bu siyasəti cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsindən söhbət açdı. Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Mətanət Hüseynova mövzu ətrafında çıxış etdi. Tədbir videoçarx izləməklə başa çatdı.