Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab xülasəsi keçirilib

24.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 23.05.2023-cü il tarixində fondun təbliği ilə əlaqədar Qrim Qardaşlarının “Sehirli nağıllar”, “Ağ atlı oğlan”, “Heraklın on iki qoçaqlığı” adlı kitablardan ibarət kitab xülasəsi keçirildi. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq, kitablar haqqında geniş məlumat verdi. Esmira Həsənova bildirdi ki, “Heraklın on iki qoçaqlığı” kitabı L.Uspenskinin “Heraklın on iki qoçaqlığı” və Bob Blaysdelin “Herkules” əsərlərinin əsasında Rafiq İsmayılov tərəfindən hazırlanmışdır. Kitab Heraklın doğulmasından,uşaqlığından tutmuş qocalığına kimi olan həyatından və qəhrəmanlığından bəhs edir. Qrim qardaşları “Sehirli nağıllar” kitabında isə Rapunsel, “Ağ gül və qızılgül”, “Quyu üstündəki qazotaran qız”, “Qenzel və Qretel”, “Ağca və yeddi cırtdan”, “Bremen çalğıçıları” və s. Nağıllar yer almaqdadır. Sehirli nağıllar silsiləsindən olan “Ağ atlı oğlan” adlı kitabda isə “Ağ atlı oğlan”, “Üç şahzadə”, “Əlmərdanın nağılı”, “Ağıllı qız”, “Keçəllə qazının nağılı” yer almaqdadır. Daha sonra isə uşaqlarla ilə birlikdə nağıl personajları sual cavab şəklində müzakirə edildi. Tədbirdə 20 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri iştirak etdi.

 

196.2 KB