24.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 24.05.2023-cü ildə 23-30 May tarixlərində Respublikamızda keçirilən Füzuli poeziya günləri ilə əlaqədar olaraq dahi şairin “Meyvələrin söhbəti” alleqorik poemasının əsasında hazırlanmış nağıl-tamaşa nümayiş olundu. 15 saylı filialın müdiri Şəhla İlyasova dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” alleqorik poemasının əsas ideyası haqqında ümumi məlumat verdi və kitabxananın fəalları M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin təqdimatında tamaşaya baxmağa dəvət etdi. Çox uğurlu alınan tamaşadan sonra onun müzakirəsi təşkil olundu. Qeyd edildi ki, əsərdə hər bir meyvə özünün xüsusiyyətindən, faydasından danışaraq öyünür. Əslində dahi şair meyvələrin dili ilə nəsihətamiz sözlər deyir. Nəticə etibarı ilə məlum olur ki, hər bir meyvə faydalıdır, əvəzsizdir. Tədbirin sonunda filialın müdiri nağıl-tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirdi.