Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib.

24.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Yolpaq Kənd Folklor Klubunda Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Borsunlu Medeniyyet Evi, Muzdurlar kənd Sənətkarlıq Evi, Nadirkənd, Qazançı, Şıxlar, Qarasuçu, Kələk, Qırıxlı, Həmənli, Gülməmmədli kənd Klublarının nümayəndələri, Şəhid Zahid Rüstəmov adına Yolpaq məktəbinin rəhbəri, müəllim heyyəti və şagirdlər iştrak etmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yolpaq kənd Folklor Klubunun mədəni təşkilatçısı Tamaşa Vəliyeva 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis edildi, sərhədləri müəyyən olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlayan parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi.

Yolpaq kənd tam orta məktəbin birektoru Arzu Priyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsinin müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil etdiyini də vurğulayıb.

Tədbirdə çıxış edən Mədəniyyət işçilərindən Elçin Tağıyev, Nadirkəd Klubunun direktoru Elnara Albabayeva çıxışlarında dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıblar.

Tədbir məktəblilərin hazırladıqları şeir parçaları, musiqilər və kompazisyalarla davam etdirilmişdir.

 

142.4 KB